`Qarabağ` - `Slovan` oyunu: Biletlər satışa çıxır


01:18     13 Sentyabr 2016 14736950788.jpg

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 15-i "Qarabağ" Çexiyanın “Slovan” klubunu qəbul edəcək.


Femida.az xəbər verir ki, bu qarşılaşmanın biletləri sentyabrın 13-ü saat 11:00-dan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 10 və 20 AZN, VİP biletlər isə 50 AZN-dir.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i saat 19:00-da “Dalğa Arena”da baş tutacaq.

Qarşılaşmaya olan böyük maraq səbəbindən mümkün ola biləcək “qara bazar”ın fəaliyyətinin qarşısını almaq üçün “Qarabağ” Futbol Klubu azarkeşlərindən biletləri ən qısa müddətdə almağı və kənar şəxslər sizdən bilet almağı tələb edərsə, o zaman mühafizə xidmətimizə xəbər verməyi xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1920